Məktəbimizdə “Yay məktəbi” başlayıb

    16 iyun tarixindən 90 nömrəli tam orta məktəbdə “Yay məktəbi” başlayıb. "Yay məktəbləri"ndə iştirak etmək istəyən 70 təhsilalanın valideyni və ya digər qanuni nümayəndəsi ərizə ilə məktəbimizə müraciət edib. Şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilən “Yay məktəbi”ndə I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. “Yay məktəbləri”ndə iştirak edən şagirdlər 30 iyun tarixinədək məktəbimizdəki mövcud imkanlardan yararlana biləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi