“Son zəng” tədbiri keçirilib

     14 iyun 2021-ci il tarixində 90 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

   “Son zəng” tədbirində məktəb rəhbərliyi, məzunlar və məhdud sayda müəllimlər iştirak ediblər. Məktəb direktoru Yeganə Məhərrəmova “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.  

    Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirilib.Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanlarla təltif olunub.

     “Son zəng” tədbiri məktəbin həyətində sosial məsafə gözlənilməklə  keçirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi