Lütfi Zadənin 100 illik yubileyinə  həsr olunmuş  məntiq olimpiadası keçirilib

    11 iyun 2021-ci il tarixində 90 nömrəli tam orta məktəbdə Lütfi Zadənin 100 illik yubileyinə  həsr olunmuş  məntiq olimpiadası keçirilib. Məktəbin riyaziyyat müəllimi Mailə Xankişiyevanın təşkilatçılığı ilə keçirilən məntiq olimpiadasında 8 və 9-cu sinif şagirdləri iştirak edib.

    Olimpiadanın keçirilməsində məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu cür tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsinə və elmə olan marağının artmasına müsbət təsir göstərməkdən ibarət olub.

    Şagirdlər arasında ən yüksək nəticəni 8A sinif şagirdi Quluzadə Ayxan və 9F sinif şagirdi Arifli Ləman qazanıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi