28 May-Respublika Gününə həsr olunmuş  tədbir

    27 may 2021-ci il tarixində 90 nömrəli tam orta məktəbdə 28 May-Respublika Gününə həsr olunmuş  tədbir keçirilib.

    Məktəb rəhbərliyinin, müəllimlərin və şagirdlərin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası ilə başlayıb. Tədbir zamanı Azərbaycan bayrağının dövlət bayrağı kimi təsdiq olunmasından, Vətən yolunda misilsiz xidmətləri olan tarixi şəxsiyyətlərdən, Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda yaranması, onun mövcud olduğu 23 ay ərzində həyata keçirdiyi siyasi, iqtisadi, sosial-mədəni tədbirlər haqqında danışılıb.     

  Məktəblilərin ifasında vətənpərvər ruhlu şeir və mahnıların səslənməsi şagirdlərdə ruh yüksəkliyi yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi