“Zəfər yürüşlü sərhədçilər” mövzusunda inşa və məqalə müsabiqəsinin məktəb turu keçirilib

    90 nömrəli tam orta məktəbdə Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda inşa və məqalə müsabiqəsinin məktəb turu keçirilib.

    Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyətimiz üçün sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətənimizin müqəddəs sərhədlərinə hörmət ruhunda tərbiyə olunması, sərhədçi pеşəsinə marağın ar­tırıl­ması, sərhəd xidmətinin xüsusiyyətlərinin və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhəd­lərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin və ən­ənələrin yaşadılmasıdır.

    6E sinif şagirdi S. Zəhra l yerə ,5B sinif şagirdi T. Nihad, X. Turan, 6E sinif şagirdi S. Dəniz ll yerə,  6E sinif şagirdi  A. Duyğu lll yerə layiq görülüb.

    Şagirdlərimizi təbrik edir,uğurlarının davamlı olmasını diləyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi