"Nizami dünyası" intellektual müsabiqənin məktəb mərhələsi keçirilib

    Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə 16 may 2021-ci il tarixdə  BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onlarda araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirmək məqsədilə "Nizami dünyası" intellektual müsabiqənin məktəb mərhələsi keçirilib.

     IX-XI sinif şagirdlərinin iştirak etdiyi onlayn müsabiqə Nizami Gəncəvinin həyatı, yaradıcılığı, müdrik kəlamları,qəzəlləri haqqında sual-cavab şəklində təşkil olunub.

      Məktəb rəhbərliyinin iştirakı ilə keçən müsabiqədə XA sinif şagirdi Qasımova Roza müsabiqənin qalibi olub və növbəti mərhələyə vəqisə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi