Biologiya fənni üzrə "Açıq dərs" keçirilib

    Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin biologiya müəllimi Elmira Əliyeva 17.05.2021 tarixində 8R sinfində onlayn "Açıq dərs" keçirib.

    “Zərərli vərdişlərə yox deyək” mövzusunda olan "Açıq dərs" yeni təlim metodları və kurikulum standartlarına uyğun keçib. Fəndaxili və fənlərarası inteqrasiya düzgün qurulub. Şagirdlərə tədqiqatın aparılması üçün tapşırıqlar təqdim olunub. Şagirdlər tədqiqatın gedişində əldə etdikləri məlumatlarla geniş informasiyanın mübadiləsini aparıblar. Dərsin məqsədi tam yerinə yetirilib və diskussiya şəklində fikirlər ümumiləşdirilib. Şagirdlərin bilik səviyyəsi obyektiv şəkildə qiymətləndirilib.

     "Açıq dərs"də direktor müavini Svetlana Nəbiyeva da iştirak edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi