Onlayn sinif təşkilat saatları keçirilib

    90 nömrəli tam orta məktəbdə 08.05.2021 tarixində onlayn sinif təşkilat saatları ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə 9 May-faşizm üzərində Qələbə Gününə həsr olunub.

    Müəllimlərin və şagirdlərin iştirakı ilə keçən sinif təşkilat saatlarında dahi şəxsiyyət Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti haqqında  ətraflı məlumat verilib, videoçarxlar nümayiş etdirilib. Tədbirdə şagirdlər ümummilli lider haqqında şeirlər söyləyiblər, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.

    COVİD-19 pandemiyası ilə əlaqədar onlayn formada keçirilən tədbirdə şagirdlər tərəfindən İkinci dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov və digər qəhrəmanlara həsr olunmuş videoçarxlar hazırlanıb.

    Tədbirlərin keçiriməsində əsas məqsədi  ulu öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunmasından  ibarət olub.

https://youtube.com/shorts/5Z9kqBa1Aso?feature=share
https://youtube.com/shorts/NE1BWGzI-YE?feature=share
https://youtu.be/CLloRCMnrJ4
https://youtube.com/shorts/TWpe-lrJYLA?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi