Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi

    R.Zorge adına 90 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib.

    Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi olub.

    Müsabiqədə şagirdlər 1 saat ərzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında inşa yazıblar. Müsabiqə iştirakçılarının yazı işləri məktəb rəhbərliyi tərəfindən müəyyən olunmuş münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq inşa yazı müsabiqəsinin qalibləri müəyyən olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi