Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir müsabiqəsi keçirilib

   90 nömrəli tam orta məktəbdə 7 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə şagirdlər arasında onlayn şeir müsabiqəsi keçirilib.

   Tədbirin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

   Tədbir zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışılıb. Qeyd edib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.

   Daha sonra şagirdlər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirib,aforizmlər söyləyiblər.Şeir müsabiqəsinin nəticəsinə uyğun olaraq şagirdlər sertifikatlarla təltif olunub. 

   Sonda bildirilib ki, milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin, dilimizin qorunmasında ümummilli liderin xidmətləri əvəzsizdir. Ona görə də Azərbaycan xalqı var olduqca ulu öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq və ehtiramla yad olunacaq.

https://youtube.com/shorts/b52CzCirOdM?feature=share
https://youtu.be/wavBH262so8
https://youtube.com/shorts/3gFWg5YxQPQ?feature=share
https://youtu.be/FRQOF9Ba770
https://youtube.com/shorts/Hqh1WDjpiNA?feature=share
https://youtube.com/shorts/ly5RBcLO374?feature=share
https://youtu.be/5dKkEJLuc5Y
https://youtu.be/r7LeZlkc-Ww
https://youtube.com/shorts/f_IkkG7khT8?feature=share
https://youtu.be/Z34E2S6Jg94

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi