Ümummilli liderə həsr olunmuş divar qəzetləri hazırlanıb

     Ulu öndərin doğum günü ilə əlaqədar 90 nömrəli tam orta məktəb şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş divar qəzeti hazırlayıblar.

    Divar qəzetlərində ümummilli liderin keşməkeşli həyat yolundan və xalq üçün etdiyi quruculuq işlərindən ətraflı bəhs edilib.  Bugünkü güclü, qüdrətli Azərbaycanı  öz əlləri ilə qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdan ulu öndər haqqında geniş  məlumatlar hamı tərəfindən maraqla qarşılanıb.  

   Belə tədbirlərin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq onun  zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi