Ulu öndərə həsr olunmuş onlayn dərs

    Mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq 90 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xalidə Məmmədovanın başçılığı ilə 6B sinfində onlayn dərs keçirilib.

  Onlayn dərsdə qeyd edilib ki, dahi rəhbər Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzüldən çıxararaq qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib.

   Bildirilib ki, xalqımız ümummilli lideri ilə fəxr edir, qürur duyur, onun ideyalarını həyata keçirməyə çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi