“Nitq etiketlərindən düzgün istifadə qaydaları” mövzusunda onlayn sinif təşkilat saatları

    90 nömrəli tam orta məktəbdə 01.05.2021 tarixində I - IV siniflər üzrə “Nitq etiketlərindən düzgün istifadə qaydaları” , V - XI siniflər üzrə isə "Sosial  davranış qaydaları" mövzusunda onlayn sinif təşkilat saatları keçirilib.

    Şagirdlər bir-biri ilə danışarkən nitq etiketlərindən necə istifadə etdikləri ilə bağlı müzakirələrdə iştirak ediblər. Müəllimlər  mövzu ilə bağlı şagirdləri maraqlandıran suallara cavab veriblər. Nitq mədəniyyətinin ünsiyyət yaratmaqda böyük rol oynamağından ,hamının nitq etiketlərindən düzgün istifadə etməsinin vacibliyindən danışıldı. Həmçinin pandemiya dövrü üçün vacib olan sosial davranış qaydaları haqqında da müzakirə aparılıb.

    Sonda şagirdlər mövzu haqqında hazırladıqları videoçarxları nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi