IX siniflər üzrə onlayn sınaq qiymətləndirmə keçirilib

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə onlayn sınaq qiymətləndirmə keçirilib.

    Mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan sınaq qiymətləndirmə təlim dili, riyaziyyat və ingilis dili üzrə keçirilib.

    Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

    90 nömrəli tam orta məktəbin IX sinif şagirdləri də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq qiymətləndirmədə iştirak edib. Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal məktəbə göndərilib.

    Sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi