Fənn müsabiqələrinin I mərhələsi başa çatıb

    Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI respublika fənn müsabiqələri keçirilib. Aprelin 26-da VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə , aprelin 27-də isə VII siniflər üçün fizika, kimya və biologiya fənləri üzrə imtahan prosesi təşkili olunub.

    Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

    Şagirdlər fənlər üzrə məktəb proqramına uyğun tələb edən sualları cavablandırıblar. Birinci mərhələdə qalib gələn şagirdlər ll mərhələyə keçid şansı əldə ediblər. 

    Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər arasında 90 nömrəli tam orta məktəbin 6 şagirdi riyaziyyat fənni üzrə , 3 şagirdi isə biologiya fənni üzrə müsabiqənin final mərhələsinə vəsiqə qazanıb. Riyaziyyat fənni üzrə 6E sinif şagirdi Sərkərova Zəhra ,6A sinif şagirdi İsmayılova Nigar, 6B sinif şagirdi Məmmədova Mələk, 6B sinif şagirdi Süleymanlı Məhəmməd, 6E sinif şagirdi Məmmədova Yağmur,  biologiya fənni üzrə isə 7B sinif şagirdi Ələkbərova Günay, 7A sinif şagirdi Zülfüqarov Əli, 7D sinif şagirdi Abbasova Tünzalə qalib şagirdlərimizdir.

    Qalib şagirdlərimizi təbrik edir , növbəti mərhələdə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi