8E sinfində onlayn “Açıq dərs” keçirilib

    90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Kifayət Məmmədovanın təşkilatçılığı ilə 8E sinfində 29 aprel tarixində "Açıq dərs" keçirilib.

    "Bərabərsizliklərin toplanması və vurulması" mövzusunda keçən onlayn dərs hamının marağına səbəb olub. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçib. "Açıq dərs"də yeni innovativ metodlardan istifadə olunub, müəllim mövzu ilə bağlı geniş məlumat verib. Dərsdə tədqiqat sualları qoyulub və şagirdlər tapşırıqları yerinə yetiriblər.

    Məktəb rəhbərliyinin iştirakı ilə keçən “Açıq dərs” zamanı şagirdlərin sualları ətraflı şəkildə cavablandırılıb, mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi