Onlayn sinif təşkilat saatları professor Lütfi Zadəyə həsr olunub

    90 nömrəli tam orta məktəbdə 24 aprel tarixində onlayn sinif təşkilat saatları professor Lütfi Zadənin yubileyi və onun irsinin öyrənilməsinə həsr olunub.

    Sinif təşkilat saatlarında müəllimlər müasir dünyanın nəhəng elm korifeylərindən biri olan, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin qlobal elm və texnologiyanın müasir inkişafına verdiyi töhfələr haqqında geniş məlumat verib. Dünya şöhrətli alim - qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisi L.Zadənin həyatı və yaradıcılıq yolu, qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, yumşaq hesablama ilə əlaqəli elmi tədqiqat istiqamətlərini diqqətə çatdırıb. Şagirdlər Lütfi Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil etməsi haqqında maraqlı faktlar və məlumatlar veriblər. Tədbirdə görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş olunub.

    Sonda şagirdlərin Lütfi Zadənin həyatı və elmi yaradıcılığına aid olan çoxsaylı sualları cavablandırılıb.

https://youtu.be/rt1ZyXktA_w

https://youtube.com/shorts/G7jsoBXQpxs?feature=share

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi