Riyaziyyat fənni üzrə növbəti onlayn "Açıq dərs" keçirilib

     Məktəbimizdə 26 aprel tarixində riyaziyyat fənni üzrə onlayn "Açıq dərs" keçirilib. 9A sinfinin riyaziyyat müəllimi Qönçə Tanverdiyevanın  keçirdiyi dərsdə  "Ədədi silsilənin hədlərinin xassələri"  mövzusunda geniş məlumat mübadiləsi və müzakirəsi aparılıb.

   "Açıq dərs"də motivasiyanın yaradılması, şagirdlərin  müstəqil tədqiqatlar aparmaları, müzakirədə fəal şagirdləri nəzərə almaqla qiymətləndirilmələri də müəllim tərəfindən dərs prosesi ərzində ustalıqla təşkil olunub. Şagirdlər arasında işgüzar mühit yaradılıb. Şagirdlər  verilən tapşırıqlar üzərində həvəslə çalışıblar. 

  Direktor müavini Svetlana Nəbiyevanın iştirakı ilə keçirilən "Açıq dərs" maraqla izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi