Kimya-biologiya müəllimlərinin Forumu keçirilib

    Qərbi Kaspi Universiteti tərəfindən 25 aprel 2021-ci il tarixində Kimya-biologiya müəllimlərinin Respublika Forumu keçirilib.

   Forumda  məktəbimizin direktor müavini  Nəbiyeva Svetlana və biologiya müəllimləri  Qəribova Sendauri ,Əliyeva Elmira , İbişova Arzu iştirak edib.

   Görüş Microsoft Teams Platforması üzərindən həyata keçirilib. Forumda elmi məruzələr təqdim olunub  və məruzələr ətrafında müzakirələr aparılıb.

  Forumun keçirilməsində məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, məlumat mübadiləsi həyata keçirmək,  məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhvə verməkdən ibarət olub.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi