“Biz zəfər qazandıq!” adlı onlayn rəsm müsabiqəsi keçirilib

   21 aprel 2021-ci il tarixində 90 nömrəli tam orta məktəb şagirdləri arasında “Biz zəfər qazandıq!” adlı respublika onlayn rəsm müsabiqəsinin birinci mərhələsi həyata keçirilib.

   Onlayn platformada keçirilən rəsm müsabiqə-sərgisinin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarətdir.

   Məktəblilər ordumuzun qazandığı nailiyyətləri, Qarabağın tarixi abidələri, zəngin təbiəti və qəhrəmanlarımızın rəşadəti mövzularını əks etdirən rəsmlərlə məktəbdaxili müsabiqədə iştirak ediblər. Hər yaş qrupu üzrə rəsmlər seçilib, qaliblər ikinci mərhələyə şans qazanıblar.

   4C sinif şagirdi Ə.Filizin, 1R sinif şagirdi İ.Validənin, 3R sinif şagirdi S.Zülfiyyənin ,6B sinif şagirdi H.Fidanın, 8R sinif şagirdi D.Yeganənin çəkdiyi rəsm əsərləri hamı tərəfindən maraqla qarşılanıb.  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi