“Qarabağ uşaqların gözü ilə” müsabiqəsinin I turu başa çatıb

   Ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsinin məktəbdaxili birinci mərhələsi keçirilib.

   Müsabiqənin keçiilməsində məqsəd Qarabağın tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, istedadlı uşaq və gənclərin aşkar edilməsi olub.

   Üç yaş qrupu üzrə keçirilən müsabiqədə şagirdlər tələblərə uyğun şəkildə videoçarx hazırlayıblar. Məktəb rəhbərliyi tərəfində təyin edilmiş münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə   videoçarxlar seçilib, qaliblər növbəti mərhələyə şans qazanmışdır. Qaliblər; 6R sinif şagirdi  Sultanova Xədicə, 8A sinif şagirdi Quluzadə Ayxan, 7B sinif şagirdi Nəbizadə Asif, 3R sinif şagirdi Ələkbərov Elxan sertifikatlarla mükafatlandırılıb.

https://youtu.be/fHhkYmnuenA

https://youtu.be/4z8B8Eq3VLM

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi