Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir

      Məktəbimizdə 17 aprel 2021 tarixində Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sinif təşkilat saatları keçirilib.

       23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar keçirilən onlayn sinif təşkilat saatlarında sinif rəhbərləri şagirdlərə kitabların əhəmiyyətindən ,şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarından söhbət açıblar. Şagirdlər Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyəti barəsində,  dünya mədəniyyətinin inciləri sırasında Azərbaycanın "Kitabi-Dədə Qorqud" dastanın xüsusi yeri  və digər mövzular haqqında geniş məlumat mübadiləsi aparıblar.Mövzu haqqında hazırlanmış rəsmlər,divar qəzetləri və videoçarxlar hamı tərəfindən maraqla qarşılanıb.

      Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdən ibarət olub.

https://youtube.com/shorts/Vux2yCSKRsA?feature=share

https://youtu.be/zwG5rsKJgtY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi