Şagirdimizin uğuru

     18 aprel 2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilib. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edib.

   Sabunçu rayonu "Kiçik Akademiya"ların Humanitar bölmələri üzrə təşkil olunan "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-məqalə müsabiqəsinin şagirdlər üzrə nominasiyasında fərqləndiyinə görə 90 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Əliyeva Süsənbər sertifikat ilə təltif olunub.  

    Şagirdimizi uğurlarına görə təbrik edir, ona daim yüksək nəticələr arzulayırıq!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi