“Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb

      90 nömrəli tam orta məktəbdə müəllimlər üçün keçirilən “Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.    

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarət olub.                     

    Məktəbimizin coğrafiya müəllimi  Ramilə Məmmədlinin 6B sinfində keçirdiyi onlayn dərs müsabiqənin məktəbdaxili mərhələsinin qalibi olub. Yeni təlim üsulu ilə keçən dərsdə  geniş informasiya mübadiləsi və müzakirəsi aparıblar. “Göllər” mövzusunda keçirilən onlayn dərsdə şagirdlər qrup tapşırıqlarını düzgün yerinə yetiriblər, fəallıq nümayiş etdiriblər. Yaradıcı tətbiqetmə mərhələsində tapşırıqların yerinə yetirilməsində xəritə və cədvəllərdən istifadə olunub.

  Məktəbimiz adından  Ramilə müəlliməni qalib olması münasibəti ilə  təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!

https://youtu.be/arwqcx_GFqc

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi