“Üstlü tənliklər” mövzusunda “Açıq dərs” keçirilib

    15 aprel 2021-ci il tarixində Rixard Zorge adına 90 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mailə Xankişiyeva 10A sinfində “Üstlü tənliklər” mövzusunda “Açıq dərs” keçirib.

    Onlayn dərsin keçirilməsində məqsəd üstlü tənliklərin həll üsullarını öyrətməkdən ibarət olub. Dərs zamanı müəllim şagirdlərlə  fikir mübadiləsi apararaq mövzunun mahiyyətini açıb, üstlü tənliklərin müxtəlif həll üsulları haqqında geniş məlumat verib. Dərsin izahından sonra mövzuya uyğun olaraq tədqiqat sualı qoyulub. Şagirdlər qrup şəklində tapşırıqlar yerinə yetiriblər. Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən onlayn  “Açıq dərs” zamanı şagirdlər fəallıq nümayiş etdiriblər.  Sonda fikirlər ümumiləşdirilib və vahid nəticəyə gəlinib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi