Aprel döyüşləri şagirdlərimizin gözü ilə

       2 aprel 2021-ci il tarixində məktəbimizdə 2016-cı ilin Aprel döyüşlərinə və şəhidlərin xatirəsinə həsr olunmuş istedadlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

    Sərgi zamanı şagirdlər həm də Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, azad olunmuş ərazilərimiz haqqında məlumat verib. Hərbçilərimizin bu döyüşlərdə qəhrəmanlıqlarını qeyd edən müəllimlər şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib. Diqqətə çatdırılıb ki, bu kimi tədbirlərin təşkilindən əsas məqsəd gənc nəslə qəhrəmanlarımızı tanıtmaq, onların şərəfli həyat yolunu təbliğ etməkdir.

 

      Rəsmlərə tamaşa edən məktəb kollektivi ,şagirdlər şəhidlərin xatirəsinə həsr olunan sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildiriblər.Qeyd olunub ki, vətənpərvərlik hislərinin yüksəldilməsində bu kimi tədbirlərin keçirilməsinə daim ehtiyac var.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi