Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirilib

     90 nömrəli tam orta məktəbdə 3 aprel tarixində  bütün siniflər üzrə  Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirilib.

       Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Qeyd edilib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyub. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb.

   Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeir və səhnəciklər nümayiş etdirilib. Şagirdlərin mövzu ilə bağlı hazırladıqları videoçarxlar maraqla izlənib.

https://youtu.be/vAixBKeWT0I

https://youtu.be/Q6BMWup1kN4

https://youtu.be/mhWUbiaxw-c

https://youtu.be/kfG_zinLxk4

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi