Məktəbimizdə Şəhid anası ilə görüş təşkil olunub

    90 nömrəli tam orta məktəbdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Şəhid Əlizadə Pərvinin adını daşıyan 6A sinfində Şəhid anası ilə görüş təşkil olunub.  

    Bərdə rayonu Qazaxlar kənd sakini olan Şəhid  anası və ailəsi ilə görüş  zamanı sinif şagirdləri vətənimizin igid oğlunun qəhrəmanlıqları haqda danışıblar.Məktəb  direktoru Yeganə Məhərrəmova  Azərbaycan xalqının Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu bildirib. O qeyd edib ki, Əlizadə Pərvin öz qanı bahasına torpaqlarımızın azad olunması uğrunda iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Vətən, torpaq yolunda canını qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi