31 Mart –Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər keçirilib

      90 nömrəli tam orta məktəbdə 27 mart tarixində  bütün siniflər üzrə tarixin faciəvi  səhifələrindən olan  31 Mart –Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirilib .Məktəbimizin müəllim və şagird heyəti 103 il əvvəl baş verən hadisələri yenidən xatırlayıblar. Şəhid olmuş həmvətənlərimizin ruhunu yad ediblər. Müəllimlər şagirdlərə baş verən soyqırım haqda daha ətraflı məlumat verib, ermənilərin vəhşiliklərini, bunun səbəb və nəticələrini açıqlayıblar.Şagirdlərin ifasında vətənpərvərlik həsr edilmiş şeir və səhnəciklər nümayiş etdirilib. 31 Mart – Azərbaycanlıların Soyqırımı həqiqətlərindən bəhs edən videoçarxlar izlənilib.

       Tədbirin  keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək,  bu faciəni bir daha xatırlatmaq olub.

https://youtu.be/uGPYFcjiyI8

https://youtu.be/T_YLRunEI6g

https://youtu.be/W1e4S_gzJQ8

https://youtu.be/ghnYLX2nQDE

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi