Məktəbimizin sinif otaqları şəhidlərimizin adını daşıyır

  

     Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, şagirdlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı   məktəbimizdə daim işlər aparılıb.

   90 nömrəli tam orta məktəbin müxtəlif siniflərinə şəhidlərimizin adları verilib.      Şəhidlərimizin xatirə lövhələri sinif otaqlarının qapıları üzərinə həkk olunub. Döyüşlərdə düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan şəhidlərimiz haqqında məlumatlar və rəsmlərdən ibarət olan  stendlər sinif otaqlarında öz əksini tapıb.

   Sinif rəhbərləri mütəmadi şəkildə şagirdlərə xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan Vətən övladlarının həyat və döyüş yolu haqqında geniş məlumat verir.

   Məktəblilərin hərbi-vətənpərvərlik hislərinin daha da yüksəlməsində önəmli rol oynayan belə tədbirlərin keçirilməsi məktəb rəhbərliyinin hər zaman diqqət mərkəzindədir. Xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsi daim ehtiramla yad olunur. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi