9R sinfində onlayn tədbir keçirilib

   2021–2025-ci illərdə baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görüləcək.  Bu qərar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.      

    90 nömrəli tam orta məktəbdə 9R sinif rəhbəri Zöhrə İbrahimovanın təşkilatçılığı ilə  tədbir keçirilib. “Baxımsız və kimsəsiz uşaqların sosial reablitasiyası,xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ” haqqında keçirilən onlayn tədbirdə 9R sinif şagirdləri fəallıq göstəriblər.  Tədbirdə  kimsəsiz uşaqlara psixoloji xidmətin, eləcə də peşəyönümlü məsləhətlərin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

   Mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Şagirdlər tərəfindən təqdimatlar səsləndirib, slaydlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi