1-4-cü sinif şagirdləri ilə “ Ailədə ata və ana” mövzusunda onlayn tədbir

      13 mart tarixində  90 nömrəli tam orta məktəbdə 1-4-cü sinif şagirdləri ilə “ Ailədə ata və ana” , “ Ailədə ata və ananın yeri ”  və s. mövzularda onlayn sinif təşkilat saatları keçirilib.

    Sinif rəhbərləri şagirdlərə ailə dəyərlərindən danışıb, hazırda cəmiyyətimizin üzləşdiyi ailə problemlərinin mənbələri və onların həlli imkanları və üsulları haqqında qeyd ediblər.  Qeyd edilib ki,  ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlar dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir.

     Tədbir iştirakçıları mövzu  haqqında geniş fikir mübadiləsi aparıblar. Şagirdlər mövzu ilə bağlı hazırladıqları videoçarxları nümayiş ediblər, təqdimatlar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi