“ Gender bərabərliyi”mövzusunda onlayn sinif təşkilat saatları keçirilib

    13 mart tarixində  90 nömrəli tam orta məktəbdə 5-11-ci sinif şagirdləri ilə “ Gender bərabərliyi” , “ Qadın və kişi arasında fərq” , “Ailədə qadın” və s. mövzularda onlayn sinif təşkilat saatları keçirilib.

    Tədbirdə bildirilib ki, gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti seçmələrinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır. Bu, uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı ziyanlı stereotiplərdən azad cəmiyyətdir. Yalnız kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi yolu ilə xoşbəxt və firavan həyat şəraiti olan ailə, gözəl cəmiyyət yaratmaq mümkündür.

   Müəllimlər mövzu ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər.  Şagirdlər“ Gender bərabərliyi”  haqqında hazırladıqları videoçarxları nümayiş ediblər, təqdimatlar səsləndiriblər.

https://youtu.be/BZE1pcFi1nY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi