Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirilib

    Fevralın 26-da 90 nömrəli tam orta məktəbdə  Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirilib. İlk öncə tədbir iştirakçıları  Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər. Şagirdlər hazırladıqları təqdimat və şeirləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.     

  Onlayn tədbirlərin keçirilməsinin əsas məqsədi erməni təcavüzkarlığını və terrorizmini pisləmək, şagirdlərə Azərbaycan xalqının düşmənlərini ,qanlı faciəsini unutdurmamaqdır.

  Onlayn tədbirdə müəllimlər  şagirdlərə Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı qətliamı haqqında geniş məlumat veriblər. Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğu və bu hadisənin heç vaxt yaddaşlarımızdan silinməyəcəyi şagirdlərin diqqətinə çatdırılıb. Sonda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar şagirdlər tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub.

https://youtu.be/mYTJO81uUPs

https://youtu.be/39WbhA3SR_I

https://youtu.be/niNubTABr0g

https://youtu.be/igSKxrFDO8s

https://youtu.be/R-4UQ6Qsq3U

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi