Xocalı faciəsinə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirilib

     90 nömrəli tam orta məktəbdə onlayn sinif təşkilat saatları keçirilib. Şagirdlərinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş tədbirlərdə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.  Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdirilib.

   Sinif rəhbərləri onlayn tədbir zamanı şagirdlərə Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb.  Bildirilib ki, 44 günlük Vətən müharibəsində düşmənin darmadağın edilməsi, şanlı qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı sübuta yetirilib.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi