21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olumuş tədbirlər keçirilib

    90 nömrəli məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə onlayn sinif təşkilat saatları keçirilib.

    “Dil xalqın varlığıdır!”, “Dilimiz dəyərimizdir”, “Mənim dilim”, “Ana dilimizi sevək və qoruyaq”, “Ana dilim - doğma dilim”, “Azərbaycan dili milli varlığımızdır” adlı tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötürmək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarət olub.

    C.Pakizə, Ə.Zamanzər ,M.Xalidə, M.Gülnaz, Ə.Vəsvinaz,Q.Sendauri ,Q.Aidə, X.Mailə  və digər müəllimlər Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan dövlətinin hər zaman milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşmasından söhbət açıblar.

    Onlayn sinif təşkilat saatlarında  şagirdlər ana dilimizə həsr edilən şeirlər və mahnılar oxuyub, dahilərin müdrik kəlamlarını xatırlayıb, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar göstərilib.

https://youtu.be/tEPMjwTUDJg

https://youtu.be/gy9eeKyWHNk

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi