Müxtəlif yaşlı uşaqların Azərbaycan dili biliklərini inkişaf etdirmək məqsədilə keçirilən tədbir

     20 fevral tarixində  90 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Məmmədovanın təşkilatçılığı ilə  8A sinfində onlayn tədbir keçirilib. 

    Müxtəlif yaşlı uşaqların Azərbaycan dili biliklərini inkişaf etdirəcək müasir vasitələrlə (jurnallar, kitablar, televiziya verilişləri və s.) təminatı imkanlarının yaradılması və  uşaqlarda düzgün ilkin nitq və nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə keçirilən tədbirdə şagirdlər mövzu ilə bağlı səhnəciklər,videoçarxlar nümayiş etdiriblər.

    Müəllim onlayn tədbir zamanı uşaqların dünyagörüşünün və biliklərinin artırılması məqsədilə müasir tərtibatda bədii ədəbiyyat nümunələrinin və vəsaitlərin sayının artırılması, həmçinin xaricdə yaşayan azərbaycanlı uşaqların Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini mənimsəməsi istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi haqqında şagirdlərə genış məlumat verib. Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynaması haqqında maraqlı fikirlər səsləndirilib.

https://youtu.be/8fej7mZVXRw

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi