“Azərbaycan dili milli varlığımızdır ” mövzusunda onlayn tədbir keçilib

       90 nömrəli tam orta məktəbdə 18 fevral tarixində Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Azərbaycan dili milli varlığımızdır ” mövzusunda onlayn tədbir keçilib.  Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Fərzəliyevanın başçılığı ilə 7C sinif şagirdlərinin iştirakı ilə keçirilib.

    Tədbirdə müəllim qeyd edib ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında”  Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə qayğısının parlaq nümunələrindən biridir.

    Onlayn tədbirdə 7C sinif şagirdlərinin ifasında ana dilinə aid olan şeirlər səsləndirilib, geniş məlumat mübadiləsi aparılıb, mövzuya aid videoçarxlar nümayış etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi