Bərk məişət tullantılarının idarə edilməsinə həsr olunan maarifləndirici onlayn tədbir keçirilib

       90 nömrəli tam orta məktəbdə 15 fevral tarixində bərk məişət tullantılarının idarə edilməsi sahəsində təhsilalanlar və təhsilverənlər arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işi həyata keçirilmişdir.

      Məktəbimizin müəllimləri Qəribova Sendauri və Bayramova Aynurə  başda olmaqla şagirdlər məişət tullantılarının idarə edilməsi haqqında təqdimat hazırlanmışdır. Təqdimatdan belə bir nəticəyə gəlinib ki, plastik kütlələr məişəti ciddi şəkildə çirkləndirir. Bunun üçün plastik məmulatları minimuma edirməli və insan üçün daha xeyirli vasitə ilə əvəz olunmalıdır.

      Onlayn müzakirədə müəllimlər bərk məişət tullantılarının idarə edilməsinin, xüsusilə də məişət tullantılarının çeşidlənməsinin qlobal problemə çevrildiyini və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.

     Şagirdlər onlayn tədbir zamanı bərk məişət tullantılarının növləri və təkrar emalı barədə məlumat veriblər. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etməyin mümkünlüyünü bildirilib, bu prosesin ekoloji və iqtisadi baxımdan əhəmiyyətli olduğunu qeyd edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi