İbtidai siniflərində  “Uşaqların maraq və istəkləri” mövzusunda videogörüş keçirilib

      90 nömrəli tam orta məktəbin ibtidai siniflərində  “Uşaqların maraq və istəkləri” mövzusunda videogörüş keçirilib.

      6 fevral 2021 tarixində keçirilən onlayn görüşün keçirilməsində məqsəd  uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində tədbirlərin görülməsi və bu istiqamətdə yeni platformaların yaradılması nəzərdə tutulub. İbtidai sinif müəllimləri şagirdlərlə birgə bu mövzuda geniş müzakirələr keçirib , sorğu aparılıb.

      Videokonfransda həmçinin, uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, uşaqların ekoloji sahədə maarifləndirilməsi istiqamətində də söhbətlər aparılıb.

     Sonda , ibtidai sinif şagirdləri mövzu haqda hazırladıqları slaydları, rəsmləri , təqdimat və videoçarxları nümayiş ediriblər.

https://youtu.be/h6yU3ckU7DU

https://youtu.be/LWRiUOi3vV4

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi