Gənclər Günü münasibətilə videokonfrans keçirilib

   90 nömrəli tam orta məktəb rəhbərliyi və müəllimlər 2 Fevral- Gənclər Günü münasibətilə yuxarı sinif şagirdləri ilə onlayn videokonfrans keçirib.

    Məktəb direktoru Yeganə Məhərrəmova Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib, əsası 1997-ci ildə Ulu Öndər tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb, gənc nəslin inkişafı üçün yaradılan şəraitdən bəhs edib.

   Tərbiyə işləri üzrə direktor müavini Saqıvova Aygün  şagirdləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Müəllimlər də bu təbriklərə qoşularaq Vətən müharibəsində şücaəti ilə fərqlənən, müharibədə fəal iştirak edən gənclərdən bəhs ediblər. Qeyd edilibki, ölkədə gənclər siyasətinin əsasını qoyan ümummilli lider  Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübuta yetirmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi