Dövlətimizin təhsilə olan qayğısı

   "Təhsil millətin gələcəyidir." fikrinin müəllifi Ümummilli liderimiz Heydər Əliyevin bu sahədə apardığı islahatların davamı olaraq bu gün də təhsilimiz dövlətimizin diqqət mərkəzindədir. Ölkəmizdə məktəblərin tikintisi və yenidən qurulması işləri əsas prioritetlərdən biridir. Azərbaycanda son illər bu sahədə həyata keçirilən işlər, ölkə rəhbərliyinin təhsilə olan diqqətinin bariz nümunəsidir.

       28 yanvar  Prezident İlham Əliyev  məktəbimizin açılışında iştirak etmişdir. 

     90 nömrəli tam orta məktəbin 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülüb, onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbimizin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.

     90 nömrəli tam orta məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.

     Məktəbimizin direktoru Yeganə Məhərrəmova yaradılan yeni şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Onun sözlərinə görə, məhz ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində son illər Azərbaycanda təhsilin keyfiyyəti yüksəlib.

     Məktəb rəhbərliyi  ilə yanaşı, müəllim heyəti də ,valideynlər ,şagirdlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

https://youtu.be/qUZZU_9alsQ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi