Məktəbdaxili qiymətləndirmə keçirilib

       90 nömrəli tam orta məktəbdə 25-26 yanvar tarixində şagirdlərin 2020-2021-ci tədris ilinin l yarımili üzrə məktəbdaxili qiymətləndirilməsi keçirilib.

     “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məktəb rəhbərliyinin nəzarəti ilə distant formada  aparılıb.

     Qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarət olub. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülüb, 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunub .Sinif rəhbərləri və fənn müəllimləri qiymətləndirmə barədə hesabat hazırlayaraq məktəb rəhbərliyinə təqdim edib. Şagirdlərin qiymətləndirmə balları sinif jurnalında müvafiq qaydada yazılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi