Qanlı Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi keçirilib

     Azərbaycanımızın suverenlik uğrunda ilk şəhidlərinin verdiyi Qanlı Yanvar faciəsindən 31 il ötür. 

    90 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş onlayn rəsm sərgisi nümayiş olunub. Sərgidə  şagirdlərin Qanlı Yanvar hadisələrini əks etdirən əl işləri nümayiş etdirilib. Rəsmlərdə şagirdlər günahsız insanlara qarşı törədilən faciəni əks etdiriblər.

       Tədbir zamanı Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğu vurğulanıb. Qeyd olunub ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlər ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar.  Şəhidlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi