Məktəbimizdə ilk dərslər 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunub

        Yanvarın 19-da 90 nömrəli tam orta məktəbdə ilk dərslər 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunub.

          Onlayn dərslərdə xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Müəllimlər Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açıblar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açılıb, məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səsləyiblər.   Bundan əlavə,  şagirdlərin 20 Yanvar hadisələrindən bəhs edən əl işlərindən ibarət rəsmlər nümayiş olunub , şeirlər səsləndirilib videoçarxlar təqdim olunub.

       20 Yanvar faciəsinə həsr olunmuş onlayn dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir.

https://youtu.be/nN2r7sBfgNA

https://youtu.be/R0_KIdhrvP0

https://youtu.be/V911x9lawgc

https://youtu.be/CKuUgaM7x8M

https://youtu.be/vyTBjhCR-4k

https://youtu.be/gKnyhCOfXZo

https://youtu.be/TrLOVbA8bu0

https://youtu.be/NfdVXJCQJAs

https://youtu.be/c8ouBu3OMdM

https://youtu.be/BCsKb23-CNM

https://youtu.be/K3jsG7HPbig

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi