Məktəbdaxili fənn olimpiadası

     Rixord Zorge adına 90 nömrəli tam orta məktəbdə 16 yanvar tarixində VIII – XI sinif şagirdləri arasında onlayn fənn olimpiadası keçirilib.

    Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

     Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika fənləri üzrə keçirilən məktəbdaxili olimpiadada  məktəbimizin bacarıqlı və istedadlı şagirdləri iştirak edib. Məktəb rəhbərliyi və nəzarətçi müəllimlər olimpiadadan öncə iştirakçılarla keçirilən onlayn görüşdə onları təlimatlandırıblar . Şagirdlər müəyyən olunmuş zaman çərçivəsində onlara təqdim olunmuş açıq və qapalı tipli test suallarını cavablandıraraq komissiya üzvlərinə təqdim ediblər. 

    Riyaziyyat fənni üzrə 8B sinif şagirdi Y.Zöhrə , 9A sinif şagirdi K.Zəhra, 10A sinif şagirdi S.Aytac  , Azərbaycan dili və Ədəbiyyat fənni üzrə 9B sinif şagirdi M.Əli , 9F sinif şagirdi Y.Mələk, Tarix fənni üzrə 10B sinif şagirdi Q.Aysu, 11A sinif şagirdi A.Sina,  Fizika fənni üzrə A.Günay, İnformatika fənni üzrə 9B sinif şagirdi M.Ədalət məktəb turunun qalibi olublar və şəhər turunda iştirak etmək hüququ qazanıblar.



 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi