“Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsi keçirilib

     

       Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsi keçirilmişdir. Müsabiqə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyıb və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edib.

     90 nömrəli tam orta məktəbin 8F sinif şagirdi Yəhyazadə Mələk “Azad edilmiş torpaqlarda erməni vandalizminin izləri” mövzusu üzrə referat təqdim edərək müsabiqədə iştirak hüququ əldə edib. Qeyd olunub ki, xüsusi komissiya tərəfindən təhlil olunaraq seçiləcək referatlar rayon üzrə onlayn şəkildə təşkil olunacaq geniş elmi-praktik konfransda şagirdlər tərəfindən təqdim olunacaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi