20 Yanvar faciəsinə həsr olunmuş sinif təşkilat saatları

        90 nömrəli tam orta məktəbdə 16 yanvar tarixində sinif təşkilat saatları 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunub. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş silsilə onlayn tədbirlərdə şagirdlər faciə zamanı həlak olan şəhidlərimiz haqqında geniş məlumat veriblər, təqdimatlar səsləndiriblər.

       Sinif təşkilat saatlarında Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Şagirdlərin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr etdikləri təqdimatlar dinlənilib,videoçarxlar, rəsmlər nümayiş olunub.Şagirdlər canını Vətənin azadlığı uğrunda qurban vermiş şəhidlərə həsr olunmuş şeirlər söyləyib,vətənpərvərlik musiqiləri səsləndiriblər. Sinif rəhbərləri əlavə məlumat verərək məktəblilərin 20 Yanvar faciəsi haqqında düşüncələrini bir az da genişləndiriblər.

       Bildirilib ki , 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

https://youtu.be/t8Lu-FBEUXY

https://youtu.be/x2Q3b0eYpgM

https://youtu.be/NRADmwVpdUY

https://youtu.be/39tJy4QL-2c

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi