“Nizami Gəncəvi ili”  mövzusunda onlayn sinif təşkilat saatları

        9 yanvar tarixində 90 nömrəli tam orta məktəbdə bütün siniflər üzrə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi mövzusuna həsr olunmuş onlayn sinif təşkilat   saatları keçirilib.

       Tədbirdə müəllimlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyatı, zəngin yaradıcılığı ilə bağlı geniş məlumat vermişlər. Qeyd edilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi  Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Həmçinin bildirilib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. 

        Onlayn tədbir zamanı şagirdlər insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığa malik olan qüdrətli söz ustası Nizami Gəncəvinin şeirlərini söyləyib, mövzuya aid videoçarxlar ,slaydlar nümayiş ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi