“ Ali Baş Komandan İlham Əliyev” mövzusunda onlayn sinif təşkilat saatları keçirilib

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə 90 nömrəli tam orta məktəbin bütün sinifləri üzrə 26 dekabr tarixində “ Ali Baş Komandan İlham Əliyev” mövzusunda onlayn sinif təşkilat saatları keçirilib.

      Tədbir  iştirakçıları  ölkə başçısının çoxşaxəli fəaliyyətindən söz açıb, onu ümummilli liderin layiqli davamçısı olmasından, ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, ali təhsilə göstərilən qayğıdan  söz açıblar. Bildirilib ki, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən müharibəsində xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.

   Şagirdlər Ali Baş Komandan İlham Əliyev   haqqında hazırladıqları videoçarxları, slaydları nümayiş etdiriblər və doğum günü münasibətilə xoş arzularını bildiriblər.

https://youtu.be/6MUw4vlQ6Bg

https://youtu.be/YqsGdm-naDw

https://youtu.be/H4sC0xIeBxQ

 

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi